Profilaktikası, diaqnostikası və ləğvi büdcədən maliyyələşdirilən xüsusi təhlükəli heyvan xəstəliklərinin sayı artıb

Profilaktikası, diaqnostikası və ləğvi büdcədən maliyyələşdirilən xüsusi təhlükəli heyvan xəstəliklərinin sayı artıb
# 20 iyul 2019 23:26 (UTC +04:00)

Nazirlər Kabineti “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, pasterelyoz xəstəliyi baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısına daxil edilib.

Xırdabuynuzlu heyvanlar arasında rast gəlinən bradzot və anaerob enterotoksemiya xəstəlikləri də baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısına əlavə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR