Saratovdan Azərbaycana 64,8 min ton ərzaqlıq buğda və qarğıdalı tədarük edilib

Saratovdan Azərbaycana 64,8 min ton ərzaqlıq buğda və qarğıdalı tədarük edilib
# 07 iyun 2022 16:46 (UTC +04:00)

Bu ilin əvvəlindən 1 iyun tarixinədək Rusiyanın Saratov vilayətindən Azərbaycana 64,8 min ton ərzaqlıq buğda və qarğıdalı partiyaları tədarük edilib.

APA-Economics” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, Saratov vilayətindən bilavasitə 147,9 min ton dənli və paxlalı bitkilər, o cümlədən 99,4 min ton taxıl emalı məhsulları ixrac edilib. Çatdırılma 33 ölkəyə həyata keçirilib.
Azərbaycana ərzaq buğdası, Belçikaya, Qazaxıstana zəfəran, İran, Qırğızıstan və Özbəkistana noxud ixracı davam etdirilir. Taxıl emalı məhsulları Latviya və Qazaxıstana tədarük olunub.

Məhsulların ən çox tədarükü Latviyanın - 76,7 min ton (un), Azərbaycanın - 64,8 min ton (ərzaqlıq buğda və qarğıdalı), Qazaxıstanın - 49 min ton (zəfəran, noxud, un), Litvanın - 22 min ton (şrot və kətan toxumu) payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR