Tokayev: Biz hökumətlərə birgə fəaliyyət üçün iri layihələri müəyyənləşdirməyi tapşırdıq

Tokayev: Biz hökumətlərə birgə fəaliyyət üçün iri layihələri müəyyənləşdirməyi tapşırdıq
# 10 aprel 2023 17:58 (UTC +04:00)

“Biz hər iki ölkə hökumətlərinə birgə fəaliyyət üçün iri layihələri müəyyənləşdirməyi tapşırdıq”.

APA Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəsi ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu qeyd edib:

“Kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensial mövcuddur. Belə ki, ötən il kənd təsərrüfatı məhsullarının ikitərəfli ticarət dövriyyəsinin həcmi 3 dəfə artaraq 146 milyon dollar təşkil edib.

Bununla da, kənd təsərrüfatı hazırda ölkələrimiz arasında ümumi ticarət dövriyyəsinin üçdə birindən çoxunu təşkil edir.

Biz həmçinin, kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün daha da artırılmasının vacibliyini vurğuladıq”, - Tokayev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR