Türkiyəli nazir müavini: BTQ ilə daşımaların artırılması ilə bağlı pilot layihə 3 ay ərzində icra ediləcək

Türkiyəli nazir müavini: BTQ ilə daşımaların artırılması ilə bağlı  pilot layihə 3 ay ərzində icra ediləcək
# 18 avqust 2022 14:11 (UTC +04:00)

BTQ ilə daşımaların artırılması ilə bağlı pilot layihə 3 ay ərzində icra ediləcək.

Bunu "APA-Economics"ə açıqlamasında Türkiyə Respublikasının ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay deyib.

"Azərbaycan, Gürcüstan və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit yükdaşımaları ilə bağlı pilot layihənin üç ay ərzində icrasına başlanılacaq. İnfrastrukturla bağlı bəzi çatışmazlıqlar var. Onlar aradan qaldırıldıqdan sonra həm yük daşımaları artacaq, həm də BTQ dəmiryolu xəttinin fəaliyyət intensivliyi artacaq", - deyə R.T.Turagay əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR