Vahid Əhmədov: “Gübrəyə görə bölgələrdə taxıl əkinində problem var” - VİDEO

Vahid Əhmədov, Milli Məclisin deputatı

© APA | Vahid Əhmədov, Milli Məclisin deputatı

# 28 oktyabr 2022 12:43 (UTC +04:00)

“Biz Xaçmazda sahibkarlarla görüş keçirdik. Orada ən böyük problem taxıl, buğdanın istehsalı ilə bağlı məsələdir”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.

Vahid Əhmədov deyib ki, taxıl istehsalı ilə bağlı bölgələrdə ciddi problem var: “Bu da gübrəyə görədir. Əsas gübrə Rusiyadan gəlir, onun qiyməti isə böyük sürətlə artır. İnsanlar gübrə alıb istifadə edə bilmirlər. Xaçmazda 20 min hektar sahədə taxıl əkilməlidir, hazırda yalnız 9 min hektara yaxını əkilib. Subsidiya ilə bağlı da problem var. Baxmayaraq elektronlaşıb, lakin problemlər qalmaqdadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR