Azərbaycanda indiyədək 907 min hektar sahədə taxıl biçini aparılıb

Azərbaycanda indiyədək 907 min hektar sahədə taxıl biçini aparılıb
# 19 iyul 2018 10:43 (UTC +04:00)

17 iyul 2018-ci il tarixinə olan məlumata əsasən respublikanın rayonlarında 907,3 min hektar sahədə taxıl biçini aparılıb.

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunun 581,1 min hektarı buğda, 326.2 min hektarı arpa sahələridir.

"Hazırkı məlumatlara əsasən buğdanın orta məhsuldarlığı 30,2 s/ha, arpanınkı isə 27,6 s/ha təşkil edir", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR