Azərbaycanda biçilən taxıl sahələrinin həcmi açıqlanıb

Azərbaycanda biçilən taxıl sahələrinin həcmi açıqlanıb
# 27 iyul 2018 12:59 (UTC +04:00)

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin kütləvi biçini davam edir.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu il iyul ayının 23-nə olan məlumata əsasən, payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9%-i biçilərək məhsulu yığılıb.

Toplanmış məhsul 2833,4 min ton təşkil edib və məhsuldarlıq 29,1 sentnerə bərabər olub. Yığılmış məhsulun 1895,3 min tonu və ya 66,9%-i buğda, 913,3 min tonu (32,2%-i) arpa, 24,8 min tonu (0,9%-i) digər dənli və dənli paxlalı bitkiləridir.

Respublikanın 11 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 32 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90%-dən çoxu biçilib, digər rayonlarda isə 90%-dən aşağı olub.

Ölkənin 29 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olub. Ən yüksək məhsuldarlıq Bərdə (40,5 sentner), Saatlı (40,3), Sabirabad (39,4), Tərtər (38,2), Ağdam (37,1), Ağcabədi (35,9), İmişli (35,8) və Beyləqan (34,4) rayonlarında olub.

Şəki şəhərində (216,7 min ton), Cəlilabad (156,5 min ton), Kürdəmir (136,4 min ton), Neftçala (121,9 min ton), Füzuli (108,2 min ton), Ağcabədi (107,0 min ton) və Ağsu (98,7 min ton) rayonlarında daha çox taxıl istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR