Bank Of Baku

Bakıda Azərbaycanın xalq artisti Tükəzban İsmayılova ilə vida mərasimi keçirilib

Bakıda Azərbaycanın xalq artisti Tükəzban İsmayılova ilə vida mərasimi keçirilib
# 25 mart 2008 12:10 (UTC +04:00)
APA-nın məlumatına görə, matəm nitqini açıq elan edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev T.İsmayılovanın vəfatı ilə muğam sənətində ağır itki üz verdiyini söyləyib. Nazir müavininin sözlərinə görə, ömrünün 60 ilindən çoxunu muğam sənətinə həsr edən T.İsmayılova sağlığında bütün fəxri adlara layiq görülüb: “Ömrünün son illərinə kimi Azərbaycan mədəniyyətinin inkişafı üçün dəyərli töhfələr verib. O, bu gün də özündən sonra layiqli davamçılar qoyub gedib. Tükəzban xanım 85 yaşında aramızdan getsə də, televiziyanın “Qızıl Fondu”nda saxlanılan əsərləri onu uzun müddət xatırladacaq. Tükəzban xanım özündən sonra böyük irs qoyan şəcərəyə malik, çox mülayim insan idi, onunla danışanda insan sakitlik tapırdı”.
Muğam ustası Əlibaba Məmmədov da T.İsmayılovanın “Şahnaz”, “Qatar”, “Heyratı” kimi gözəl lent yazıları ilə daim aramızda qalacağını bildirib.
T.İsmayılovanın ilk tələbələrindən olmuş Könül Kərimova isə mərhumun onun ilk muğam müəllimi olduğunu söyləyib: “Muğam haqqında ilk dəfə ondan öyrənmişəm. Həmişə demişəm ki, o, bizə müəllim yox, həm də ana olub. Onu heç vaxt yaddan çıxartmaram. Ömrüm boyu ona borcluyam. İlk uğurlarıma da məhz o, səbəb olub”.
Mərhum bu gün II Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, T.İsmayılova 1923-cü il dekabrın 21-də anadan olub. O, 1943-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. T.İsmayılova Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan radiosu xorunun solisti olub. 65 ilə yaxın səhnədə fəaliyyət göstərən T.İsmayılova, 1998-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR