İran XİN başçısı: “Vyanada yeni bir sənəd haqqında razılaşdıq”

Abdullahian

© APA | Abdullahian

# 27 dekabr 2021 12:12 (UTC +04:00)

Vyanada yeni bir sənəd haqqında razılaşdıq və bu gündən onun üzərində işləyirik.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

O qeyd edib ki, Vyana müzakirələrində yeni və müştərək sənəd haqqında razılıq əldə olunub.

"Vyanada yeni dövr müzakirələr başlayır. Gündəlikdə müştərək sənədin müzakirəsi var. Həmin sənədlər 1 dekabr və 15 dekabr sənədləri kimi tanınır. Həm nüvə məsələsində, həm də sanksiyalar məsələsində 20 iyun sənədini kənara qoyduq və yeni sənəd haqqında razılaşdıq”.

O qeyd edib ki, elə bir razılıq əldə olunmalıdır ki, İran neftini heç bir maneə olmadan sata bilsin: "Neft satışından əldə olunan pul İran Banklarının dollar hesablarına yatırılmalıdır. Hərtərəfli Birgə Fəaliyyət Planının bütün üstünlüklərindən istifadə etməliyik."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR