Səudiyyə Ərəbistanının kralı İran Prezidentini Ər-Riyada səfərə dəvət edib

Səudiyyə Ərəbistanının kralı İran Prezidentini Ər-Riyada səfərə dəvət edib
# 19 mart 2023 18:16 (UTC +04:00)

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud İran Prezidenti İbrahim Rəisini Ər-Riyada səfərə dəvət edib.

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Prezident Administrasiyasının rəhbərinin müavini Mohammad Camşidi bildirib.

Mohammad Camşidi deyib ki, Səudiyyə Ərəbistanının kralı İran Prezidentinə məktubunda iki ölkə arasında diplomatik əlaqələrin bərpasını alqışlayıb və onu Ər-Riyada rəsmi səfərə dəvət edib.

Eyni zamanda Səudiyyə Ərəbistanının kralı məktubunda iki ölkə arasında iqtisadi və regional əməkdaşlığı möhkəmləndirməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR