ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə məruz qalıb

ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə məruz qalıb
# 19 avqust 2020 06:37 (UTC +04:00)

Suriyanın Deyr əz-Zor əyalətinin şimalında yerləşən ABŞ hərbi bazasına bir neçə raket atılıb.

APA xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

Məlumata görə, raket atəşinə məruz qalan baza Amerika qoşunları və kürd silahlı qruplaşmaları tərəfindən nəzarət edilən Konoko neft yatağı yaxınlığında yerləşir. ABŞ ordusunda tələfat olması ilə bağlı hər hansı məlumat yoxdur.

Qeyd edək ki, bu, 2015-ci ildən bəri Suriyanın Haseke, Raqqa və Deyr əz-Zor əyalətlərində yaradılan ABŞ-a məxsus 12 hərbi obyektlərdən birinin atəşə tutulduğu ilk faktdır.

ABŞ hazırda kürdlərlə birlikdə Fərat çayının şərq sahilindəki neft torpaqlarına, xüsusən də müharibəyə qədər Suriya neftinin 80%-nin hasil olunduğu Əl-Ömər, Tanak, Əl-Cəfra və Konokonun ən böyük yataqlarına nəzarəti əlinə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR