ABŞ-ın rəhbərlik etdiyi koalisiya qoşunların çıxarılması barədə İraq hökumətinə məlumat verib

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qoşunların çıxarılması barədə İraq hökumətinə məlumat verib
# 07 yanvar 2020 03:02 (UTC +04:00)

İŞİD terror qruplaşmasına qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qoşunların geri çəkilməsi barədə İraq hökümətinə məlumat verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın İraqdakı birgə əməliyyatlar komandanlığına göndərdiyi mesajda deyilib.

“Koalisiya qüvvələri qoşunların çıxarılması ilə bağlı növbəti addımı İraq hökuməti və parlamentinin xahişi ilə həyata keçirəcək. İraqın suverenliyinə hörmət edilməklə, yaxın günlərdə və həftələrdə koalisiya qüvvələri bu addımı atacaq. Proses çox səs-küylü olmaması üçün əsasən gecə saatlarında baş verəcək”, - deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR