AEBA: Şimali Koreyanın Yonqbyon nüvə obyektində zənginləşdirilmiş uran istehsalına dair əlamətlər var

AEBA: Şimali Koreyanın Yonqbyon nüvə obyektində zənginləşdirilmiş uran istehsalına dair əlamətlər var
# 14 sentyabr 2020 14:47 (UTC +04:00)
Şimali Koreyanın Yonqbyon nüvə obyektində zənginləşdirilmiş uran istehsalına dair əlamətlər var.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi Agentliyin idarə şurasının iclasında deyib.

"Yonqbyondakı sentrifuq qurğusunda zənginləşdirilmiş uran istehsalı ilə bağlı əlamətlər var və çox güman ki, KXDR təcrübi yüngül su reaktorunun daxilində tikinti prosesini davam etdirib. Bununla belə 5 meqavatlıq nüvə reaktoru və radiokimyəvi laboratoriya ilə bağlı iş görülməyib", o bildirib.
Rafael Mariano Qrossi qeyd edib ki, KXDR-in nüvə fəaliyyəti ciddi narahatlıq yaratmağa davam edir və bu ölkənin nüvə proqramı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozur. R.M. Qrossi bir daha KXDR-i AEBA ilə əməkdaşlığa çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR