Bəşər Əsədin açıqlamasından sonra terrorçular İdlibə 17 dəfə hücum edib

Bəşər Əsədin açıqlamasından sonra terrorçular İdlibə 17 dəfə hücum edib
  • Clock-gray 07:11
  • calendar-gray 05 Yanvar 2021

“Cəbhət ən-Nusra” terror qruplaşması Suriyanın İdlib bölgəsindəki birsıra cəmləşmə rayonlarına ardıcıl 17 dəfə hücum əməliyyatı təşkil edib. 

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Barışıq Mərkəzinin rəis müavini kontr-admiral Vyaçeslav Sıtnik bildirib.

O qeyd edib ki, “Cəbhət ən-Nüsrə” terror qrupunun üzvlərinin öz mövqelərindən İdlib istiqamətinə 17 hücumu qeydə alınıb. 

RİA Novosti-nin məlumatına görə, hücumlardan :10-u İdlibin mərkəzi hissəsinə, 5-i Latakiyaya, 1-i Hama əyalətinə, 1-i isə Hələbə yönəldilib.

Qeyd edək ki, terrorçuların hücumu Suriya Prezidenti Bəşər Əsədin ölkədəki gərginliklə bağlı verdiyi açıqlamadan sonra gerçəkləşib. Əsəd bildirib ki, Suriyada müharibə hələ də bitməyib: “Terrorçuların liderləri bunu uzun müddət davam etdirmək niyyətindədirlər”.

apa-logo-mini

Digər xəbərlər