Bu gün İranda parlament seçkiləri keçirilir

Bu gün İranda parlament seçkiləri keçirilir
  • Clock-gray 10:01
  • calendar-gray 21 Fevral 2020

Bu gün İran parlamentinə - İslam Şura Məclisinə seçkilər keçirilir. 

APA-nın Tehran bürosunun məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb. 

İranda keçirilən budəfəki parlament seçkilərində 290 yer uğrunda 7 mindən çox namizəd mübarizə aparır.

Bu gün İslam Şura Məclisinə seçkilərlə yanaşı, 5-ci çağırış Xobreqan Ekspertlər Məclisi seçkilərinə də səsvermə olacaq. 

Qeyd edək ki, budəfəki parlament seçkilərində səsvermədə seçki hüququ olan 57 milyon 918 min insanın iştirak edəcəyi nəzərdə tutulub. Səsvermə hüququ olan şəxslərdən 29 milyon 39 min 152 nəfər kişi, 28 milyon 879 min 6 nəfər qadındır.

Seçkilər 208 dairə və 54 mindən çox məntqədə həyata keçiriləcək. Eləcə də dini azlıqlar üçün 5 xüsusi dairədə seçki təşkil olunacaq.

Son məlumata görə, Üsulgəra düşərgəsindən İnqilabçı Qüvvələr Koalisiyası və İslami İnqilabı Sabitlik Cəbhəsi Tehranın sabiq meri Məhəmməd Baqir Qalibafın başçılığı ilə müştərək siyahı haqqında razılıq əldə ediblər. Bu düşərgənin seçkilərdə qələbə qazanmaq şansının daha çox olduğu bildirilir.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date