Bu gündən Türkiyənin 14 vilayətində toy, nişan və digər mərasimlər qadağan olunur

Bu gündən Türkiyənin 14 vilayətində toy, nişan və digər mərasimlər qadağan olunur
  • Clock-gray 08:33
  • calendar-gray 26 Avqust 2020

Türkiyənin 14 vilayətində bu gündən toy, nişan, xınayaxdı və bu kimi mərasimlər müvəqqəti olaraq keçirilməyəcək. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən paytaxt Ankara da daxil olmaqla Adana, Ağrı, Bursa, Çorum, Diyarbəkir, Erzurum, Qaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van ve Yozqat valiliklərinə göndərilən sərəncamda bildirilib. 

Sərəncamda, həmçinin, qeyd olunub ki, bu vilayətlərdə nikah mərasimlərinin 1 saat müddətinə başa çatması tələb olunur. 

Qadağalara görə, bəylə gəlinin birinci dərəcəli yaxın qohumlarının yaşı 65-dən yuxarı, 15-dən aşağı olarsa, nikah mərasiminə buraxılmayacaq. 

Ümumilikdə isə ölkə boyu dövlət və ictimai qurumlarda yeməkxana və qablaşdırılmış su xidməti istisna olmaqla, hər növ yemək və içki xidməti müvəqqəti olaraq dayandırılacaq.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər