Cavad Zərif: “ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar əhəmiyyətsizdir”

Cavad Zərif: “ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar əhəmiyyətsizdir”
# 29 yanvar 2021 13:53 (UTC +04:00)

“Biz ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları açıq şəkildə qınadıq”.

APA-nın xəbərinə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, İran ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları əhəmiyyətsiz hesab edir.

“Təəssüf ki, ABŞ sanksiya tətbiq etməyə alışıb. Bu, bütün dünyanın və ABŞ-ın özünün zərərinə olacaq”, - deyə İran XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR