Cavad Zərif generalın öldürülməsini ABŞ tərəfindən törədilmiş terror aktı adlandırıb

Cavad Zərif generalın öldürülməsini ABŞ tərəfindən törədilmiş terror aktı adlandırıb
# 04 yanvar 2020 00:37 (UTC +04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İran İslam İnqilabının “Qüds” xüsusi təyinatlıları Korpusunun komandiri general Qasım Süleymaninin ölümünü ABŞ-ın törətdiyi “terror hücumu adlandırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə iranlı nazir BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı bildirib.

“Süleymaninin öldürülməsinə görə bütün məsuliyyəti ABŞ daşıyır”, - deyən Zərif telefon danışığında ABŞ-ın hücumunun “terror aktı” olduğunu vurğulayıb.

Öz növbəsində, BMT Baş katibi ABŞ-ın hərəkətlərindən narahatlığını ifadə edərək, bunun bölgədəki gərginliyin artmasına səbəb ola biləcəyini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR