Çavuşoğlu: “Ankara Bayden dönəminə hazırlaşır”

Çavuşoğlu: “Ankara Bayden dönəminə hazırlaşır”
  • Clock-gray 19:00
  • calendar-gray 15 Yanvar 2021

“Ankara Bayden dönəminə hazırlaşır. Ümid edirəm ki, Tramp dönəmindən qalan PKK/PYD kimi problemlər Bayden dönəmində həllini tapar”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistandan qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

M. Cavuşoğlu ABŞ-ın yeni Prezidenti Co Bayden dövründə Türkiyə-ABŞ münasibətlərinin müsbət istiqamətə yön alması üçün yol xəritəsinin hazırlandığını bildirib: “Biz qərəzli deyilik, amma həqiqətlər nədir, onlardan da xəbərdarıq. ABŞ-la əlaqələrimizə ən pis təsir edən məsələ terror təşkilatı PKK/YPG-yə verilən dəstəkdir. Onların da S-400-lə bağlı bizimlə problemi var. Prezident Tramp vəzifəsindən getmədən öncə sanksiya qərarı verdi. Baxacağıq görək proses necə davam edəcək. “İşçi qrupu yaradıb, NATO ilə işləyək” təklifimizi də yeniləməyi nəzərdə tuturuq”.

XİN başçısı qeyd edib ki, Co Bayden vəzifəsinin icrasına başladıqdan sonra Türkiyə Prezidenti zəng edərək amerikalı həmkarını təbrik edəcək.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər