Çavuşoğlu: “Türkiyə qarşıdakı dövrdə hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyacaq”

Çavuşoğlu: “Türkiyə qarşıdakı dövrdə hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyacaq”
# 11 mart 2021 14:37 (UTC +04:00)

“NATO müttəfiqləri müxtəlif bəhanələrlə hava hücumundan müdafiə sistemini bizə vermədilər. Təbii ki, pulsuz istəmirdik”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dohada qətərli və rusiyalı həmkarları ilə birgə mətbuat konfransında deyib.

O, NATO müttəfiqlərinin Suriya sərhədindən hava hücumundan müdafiə sistemlərini geri çəkdiklərini xatırladıb.

“Rusiya S-400-lə bağlı yaxşı bir təkliflə çıxış etdi. Türkiyə qarşıdakı müddətdə hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyacaq. Bunu çox açıq şəkildə NATO müttəfiqlərinə də demişik. Ölkəmizdə istehsal edilməyən müdafiə sənayesi məhsullarını haradansa almalıyıq. Türkiyə müstəqil ölkə olaraq bu hüququndan istifadə edəcək”, - deyə XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR