Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub.
APA xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ü.Kazımov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Fakta görə cinayət işi başlanılıb. Barelyef satıldığı yerdə aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edək ki, hadisə İkinci Fəxri xiyabanda qeydə alınıb.
Nəcəf Nəcəfov 80-90-cı illərdə “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin redaktoru, milli azadlıq hərəkatının liderlərindən biri olub. Əbülfəz Elçibəy hökumətində Prezidentin müşaviri postunu tutub. 1999-cu ildə vəfat edib.
Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamla Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasındakı böyük xidmətlərinə görə Nəcəf Nəcəfov ölümündən sonra “Şöhrət” ordeni ilə təltif edib.