Çin ötən il Hindistanla sərhəddə ölən əsgərlərinin sayını açıqlayıb

Çin ötən il Hindistanla sərhəddə ölən əsgərlərinin sayını açıqlayıb
# 19 fevral 2021 18:18 (UTC +04:00)

Çin ötən il Hindistanla sərhəddə baş verən toqquşma nəticəsində həlak olan əsgərlərinin sayını açıqlayıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hua Çunyinq mətbuat konfransında deyib.

O bildirib ki, ötən ilin iyun ayında Himalayda sərhəddə baş verən toqquşmada 4 Çin əsgəri ölüb.

Hindistan tərəfi toqquşma nəticəsində 20 əsgərinin öldüyün açıqlasa da, Çin itkilərinin sayını elan etməyib.

Çin Müdafiə Nazirliyinin sözçüsü Ren Quoqianq mətbuata verdiyi açıqlamada ölkəsinin vəziyyəti sakitləşdirmək üçün təmkinli davrandığını, lakin Hindistanın dəfələrlə itkiləri qabartdığını, beynəlxalq rəyi aldatdığını və Çin Sərhəd Qoşunlarına böhtan atdığını qeyd edib.

Qeyd edək ki, mübahisəli ərazilərdən geri çəkilmək üçün çinlilərlə danışıqlarda iştirak edən yüksək səviyyəli hindistanlı hərbi komandir daha əvvəl yerli KİV-ə verdiyi açıqlamada Qalvan vadisindəki əlbəyaxa döyüşlər zamanı Çinin itkilərinin çox olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR