Çinin Uhan şəhərində xəstəxanada daha bir həkim koronavirusdan ölüb

Çinin Uhan şəhərində xəstəxanada daha bir həkim koronavirusdan ölüb
# 21 fevral 2020 12:00 (UTC +04:00)

Çinin Uhan şəhərində koronavirusa yoluxmuş 29 yaşlı həkim Pen İnhya xəstəxanada vəfat edib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, Uhan şəhər Səhiyyə İdarəsindən bildirilib ki, P. İnhya bu virusa yoluxanların müalicəsi ilə məşğul olurmuş.

Koronavirusa yoluxduğu üçün bu il yanvarın 25-də o da xəstəxanaya yerləşdirilib. Tibbi personalın səylərinə baxmayaraq, P. İnhya fevralın 20-də dünyasını dəyişib.

Qeyd edək ki, fevralın 18-də Uhandakı “Uçan” xəstəxanasının baş həkiminin də koronavirusdan öldüyü barədə məlumat verilmişdi.

Bundan əvvəl isə koronavirusa yoluxanların müalicəsi ilə məşğul olan bir neçə həkimin yoluxma nəticəsində vəfat etdiyi açıqlanmışdı.

Yeni koronavirus (2019-nCoV) epidemiyası 2019-cu il dekabrın sonunda Çinin mərkəzində yerləşən, 12 milyon əhalisi olan Uhan şəhərində baş qaldırıb. Ümumdünya Səhiyyə Təşkilatı virusu beynəlxalq miqyasda təhlükə elan edib.

Çindən kənarda artıq 25 ölkədə koronavirusa yoluxma halı aşkarlanıb.

Fevralın 21-nə olan məlumata görə, Çində virusdan 2239 nəfər ölüb, 18,3 min nəfər sağalıb, 75,6 nəfərdə yoluxma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR