Paşha Bank
Bank Of Baku

ABŞ Boliviya, Kolumbiya, Peru və Ekvador rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

ABŞ Boliviya, Kolumbiya, Peru və Ekvador rəsmilərinə viza məhdudiyyəti tətbiq edib
# 29 sentyabr 2026 02:43 (UTC +04:00)

ABŞ hökuməti Boliviya, Kolumbiya, Peru və Ekvadorun bəzi rəsmilərinə qarşı viza məhdudiyyətləri tətbiq edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Pigottun yazılı bəyanatında bildirilib.

Vaşinqton həmin şəxsləri korrupsiya və narkotik qaçaqmalçılığına dəstək verməkdə əlaqəli hesab edir.

Bəyanatda qeyd olunub ki, Tramp administrasiyası dövründə korrupsiyaya bulaşmış xarici rəsmilər ABŞ-a sərbəst şəkildə daxil ola bilməyəcəklər. Dövlət Departamenti Qərb yarımkürəsində demokratiyanın korrupsiya və narkotik ticarətindən qorunması ilə bağlı öhdəliklərini yerinə yetirmək üçün tədbirlər görür.

Məhdudiyyətlər 12 Boliviya, 2 Kolumbiya, 1 Peru və 2 Ekvador vətəndaşına şamil olunub. Onların arasında hazırda və əvvəllər prokurorluq və hüquq-mühafizə orqanlarında çalışmış şəxslər, həmçinin hakimlər var.

Pigott bildirib ki, qara siyahıya salınan şəxslərdən bəzilərinə daha əvvəl verilmiş ABŞ vizaları da ləğv ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR