G20 liderləri sammitin yekun bəyannaməsini qəbul ediblər

G20 liderləri sammitin yekun bəyannaməsini qəbul ediblər
# 23 noyabr 2020 06:01 (UTC +04:00)

G20 ölkələrinin liderləri sammitin yekununa dair bəyannamə qəbul ediblər və “dünyanı yeni növ koronavirus pandemiyasından sonra güclü, davamlı, balanslı və hərtərəfli bir dövrə çatdırmaq”la bağlı öhdəlik götürüblər.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə yekun sənəddə deyilir.

“Afrikada və kiçik ada dövlətlərindəki xüsusi çətinlikləri nəzərə alaraq, COVID-19-un sağlamlıq, iqtisadi və sosial təsirləri ilə qarşılaşmış bütün inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələri dəstəkləməyə sadiq qalırıq”, - deyə sənəddə qeyd olunur.

G20 ölkələri yoxsul ölkələrin kənarda qalmaması üçün COVID-19-un müalicəsi ilə bağlı peyvəndlərin, dərmanların və testlərin dünyada ədalətli paylanılmasına dair vəd veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR