Güclü mühafizə olunan Yaponiya İmperatorunun sarayına naməlum şəxs girə bilib

Güclü mühafizə olunan Yaponiya İmperatorunun sarayına naməlum şəxs girə bilib
  • Clock-gray 16:11
  • calendar-gray 03 Yanvar 2021

Yaponiya İmperatoru Naruhito və şahzadələrin yaşadığı İmperatorluq Sarayına naməlum şəxs daxil ola bilib.

APA xarici KİV-ə istinadən bildirir ki, əslində çox güclü mühafizə edilən saraya naməlum şəxsin girə bilməsi hamını təəccübləndirib. Mühafizə əməkdaşları onu 2 saat sonra aşkar edə biliblər.

Saraya daxil olan 29 yaşlı şəxsin adı açıqlanmır. Onun Sarayın qonaqlar üçün nəzərdə tutulmuş kompleksə daxil ola bildiyini söyləyirlər.

Saxlanılan şəxs polisə bildirib ki, o, İmperator ailəsinin üzvləri ilə tanış olmaq istəyirmiş. Naməlum şəxsin saraya necə daxil olması ilə bağlı araşdırmalar davam edir.

apa-logo-mini

Digər xəbərlər