Hindistan səfiri: “Hökumətin səyləri Cammu və Kəşmirdə ciddi müsbət dəyişikliklər yaradıb”

Hindistan səfiri: “Hökumətin səyləri Cammu və Kəşmirdə ciddi müsbət dəyişikliklər yaradıb”
  • Clock-gray 14:35
  • calendar-gray 05 Avqust 2020

“Hindistan hökumətinin səyləri Cammu və Kəşmirdə insanların həyatında ciddi müsbət dəyişikliklər yaradıb”.

APA-nın xəbərinə görə, bu barədə Cammu və Kəşmir ştatının, Cammu və Kəşmir və Ladax İttifaq Ərazisi olaraq yenidən təşkil edilməsini Hindistan Hökumətinin qərara almasından sonra keçən bir ili şərh edərkən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna deyib.

O bildirib ki, yenidən qurulma ittifaq ərazisində bir çox müsbət dəyişikliklərə səbəb olub: “Düzgün idarəetmə təkmilləşdirilməsi hədəfinə çatıb və ittifaq ərazisi əhalisinə hərtərəfli sosial-iqtisadi inkişaf gətirib. Son bir il ərzində hökumətin səylərinin bölgədəki insanların həyatında ciddi müsbət dəyişikliklər yaradıb”.

Səfirin sözlərinə görə, keçmiş Cammu və Kəşmir əyalətlərini Hindistanın qalan hissəsi ilə tamamilə birləşdirən qanunla Hindistanın digər bölgələrində tətbiq olunan, qadınlar və uşaqlar da daxil olmaqla, az imtiyazlı şəxslərin sosial, iqtisadi və siyasi hüquqlarını qorumaq və inkişaf etdirmək üçün nəzərdə tutulmuş bütün qanunlar, Cammu və Kəşmir İttifaq Ərazisinə də şamil olunub. “Bu qanun, yalnız İttifaq ərazisindəki qadınlara və uşaqlara səlahiyyət vermədi, eyni zamanda bütün əhaliyə fayda gətirəcək idarəetmədə şəffaflıq və cavabdehlik yaratdı. Son bir ildə 200 layihənin açılışı həyata keçirilib.

Gənclərin məşğulluğunun təmin edilməsi məqsədilə Cammu və Kəşmir Hökuməti birinci mərhələdəki bütün səviyyələr üzrə sürətli işə qəbul üçün 10 000 vakansiya elan edib və gələcəkdə də əlavə 25 000 iş yeri planlaşdırıb.

Hökumət Cammu və Kəşmirdə 1 milyard ABŞ dolları dəyərində yeni sağlamlıq infrastrukturunun qurulmasını planlaşdırır”.

Səfir qeyd edib ki, Baş Nazir Narendra Modinin İnkişaf Paketi çərçivəsində həyata keçirilən layihələr sürətləndirilib və bu istiqamətdə 17 layihə tamamlanıb və yaxud tamamlanmaq üzrədir.

Bu regionda COVID-19 pandemiyasına qarşı mübarizə barədə məlumat verən diplomat Cammu və Kəşmirdə hazırda 20 000 çarpayılıq intensiv müayinə və oksigen qurğuları olan 2 500 çarpayılı təcrid otaqları da daxil olmaqla 60 000 yeni çarpayılı 17 xüsusi xəstəxananın olduğunu deyib.

Zümrüd Paşkin

Digər xəbərlər