Hindistanda koronavirusa yoluxanların sayı 11 mini ötüb

Hindistanda koronavirusa yoluxanların sayı 11 mini ötüb
# 15 aprel 2020 08:58 (UTC +04:00)

Hindistanda yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı son 24 saat ərzində 1 000 nəfərdən çox artaraq 11 439-a çatıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyinin veb-saytında bildirilir.

Qurumun məlumatına görə, ölənlərin sayı 38 nəfər artaraq 377-yə çatıb.

Son günlər Hindistanda sözügedən virusa yoluxma halları yüksək temp göstərib. Belə ki, bazar gününün səhər saatlarından bazar ertəsi gününün səhər saatlarınadək 796 nəfər koronavirusa yoluxub. Növbəti sutka ərzində artım 1 211-ə çatıb, son 24 saat ərzində isə 1 076 nəfər bu virusa yoluxub.

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə xəstəxanalarında 9 756 nəfər koronavirus xəstəliyi ilə qeydiyyata alınıb, onlardan 1 306 nəfəri sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR