İndoneziyada baş verən güclü partlayış nəticəsində yaralıların sayı 14 nəfərə çatıb - YENİLƏNİB

İndoneziyada baş verən güclü partlayış nəticəsində yaralıların sayı 14 nəfərə çatıb - YENİLƏNİB
# 28 mart 2021 11:42 (UTC +04:00)

İndoneziyanın Cənubi Sulavesi vilayətində olan Makassar şəhərindəki kilsənin qarşısında baş verən güclü partlayış nəticəsində yaralıların sayı 14 nəfərə çatıb.

APA “Anadolu” agentliyinə istinadən bildirir ki, bu barədə yerli polis məlumat yayıb. Polis bildirib ki, iki motosikletli sürücü kilsəyə daxil olmaq istəyib və onlardan birinin üstündə güclü partladıcı olub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Saat 09:01

İndoneziyanın Cənubi Sulavesi vilayətində olan Makassar şəhərindəki kilsənin qarşısında güclü partlayış olub.

APA bildirir ki, bu barədə Sinxua Xəbər Agentliyi yerli xəbər verib.

Partlayış nəticəsində xəsarət alanların olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR