İndoneziyada sel və daşqınlar nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb

İndoneziyada sel və daşqınlar nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb
  • Clock-gray 18:12
  • calendar-gray 06 Yanvar 2020

İndoneziyanın paytaxtı Cakarta və ətraf rayonlarda leysan yağışların yol açdığı daşqın və sel nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, leysan yağışlar Yeni il ərəfəsində başlayıb.

Bir sıra rayonlarda suyun səviyyəsi azalsa da, hakimiyyət orqanları əhaliyə diqqətli olmağı tövsiyə edir.

İndoneziya Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyi əlverişsiz hava şəraitinin gələn həftəyə qədər davam edəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, bundan əvvəl sel və daşqınlar nəticəsində Cakarta və ətraf rayonlarda 53 nəfərin öldüyü açıqlanmışdı.

Ramiz Mikayıloğlu

Digər xəbərlər