İran 70 tələbəni ölkəyə qaytarmaq üçün Çinə təyyarə göndərib

İran 70 tələbəni ölkəyə qaytarmaq üçün Çinə təyyarə göndərib
# 04 fevral 2020 10:17 (UTC +04:00)

Bu gün səhər saatlarında İrana məxsus təyyarə Çinin Uhan şəhərinə yola düşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, təyyarə Uhan şəhərində olan 70-dən çox iranlı tələbəni ölkəyə qaytarmaq üçün göndərilib.

Tələbələr sabah İrana qaytarılacaq və 2 həftə karantində qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR