İran Natanzdakı nüvə təsisatında təxribat törətməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb
17 aprel 2021 15:02 (UTC +04:00)
İran Natanzdakı nüvə təsisatında təxribat törətməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb.
APA-nın xəbərinə görə, bu barədə İran televiziyası məlumat yayıb.
Bildirilib ki, nüvə təsisatında təxribat törətməkdə şübhəli bilən şəxs 43 yaşlı Rıza Kərimidir. O bu təsisatda çalışıb. Təhlükəsizlik qüvvələri tərəfindən onun kimliyi aşkar edilən kimi Rıza Kərimi İranı tərk edib.
"Onun həbsi və ölkəyə qaytarılması üçün bütün lazımı və hüquqi addımlar atılır", - deyə İran televiziyası bildirib.
Xatırladaq ki, ötən həftə İranda Natanz Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. İran hökuməti bunu təxribat adlandırıb və İsraili günahlandırıb.
Asiya
Kim Çen In KXDR ordusunun yenilənmiş RYAS-larına baxış keçirib
07:06
11 may 2024
HƏMAS: İsrailin addımları səbəbindən Qəzza danışıqları dalana dirənib
05:52
11 may 2024
Mahmud Abbas: "Fələstin BMT-yə tam üzv olmaq üçün səylərini davam etdirəcək”
04:51
11 may 2024
Ərdoğan: "Türkiyədə müəllimlərə qarşı zorakılığa görə cəzalar ikiqat artırılacaq"
02:08
11 may 2024