İran Prezidenti ABŞ-ın iddiasına cavab verib

İran Prezidenti ABŞ-ın iddiasına cavab verib
  • Clock-gray 12:15
  • calendar-gray 15 Avqust 2020

Prezident Həsən Ruhani İran gəmilərinin saxlanılması ilə bağlı ABŞ-ın iddiasını yalan adlandırıb. 

APA-nın Tehran bürosunun məlumatına görə, H.Ruhani deyib ki, ABŞ İranın gəmilərinin saxlanılması iddiasını irəli sürüb: “Bu, yalandır, çünki həmin gəmilər nə İranındır və nə də İran bayrağı altında olublar”.

H.Ruhani İsrail və BƏƏ arasında münasibətlərin normallaşdırlmasına da münasibət bildirib:  “Bu, yanış addımdır, səhvdir və biz bunu pisləyirik”.

İran Prezidenti ABŞ-ın BMT TŞ-də İrana qarşı silah sanksiyasını qəbul etdirə bilməməsini bu ölkə üçün məğlubiyyət adlandırıb. 

 

Süleyman Fərzəliyev

Digər xəbərlər