İran parlamentinin daha bir deputatı koronavirusdan vəfat edib

İran parlamentinin daha bir deputatı koronavirusdan vəfat edib
# 13 iyul 2020 14:41 (UTC +04:00)

İran parlamentinin daha bir deputatı koronavirusdan həyatını itirib.

APA-nın Tehran bürosunun məlumatına görə, 11-ci çağırış parlament seçkilərində Həmədan əyalətinin Bahar bölgəsindən deputat seçilən İsa Cəfəri koronavirusdan dünyasını dəyişib.

Məlumata görə, İ.Cəfəri 11-ci çağırış parlamentdə koronavirusdan həyatını itirən 3-cü deputatdır. Bundan öncə iki deputat virusa yoluxaraq həyatını itirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR