İran və Azərbaycan xarici işlər nazirləri koronavirus məsələsini müzakirə edib

İran və Azərbaycan xarici işlər nazirləri koronavirus məsələsini müzakirə edib
# 15 mart 2020 18:12 (UTC +04:00)

İranın xarici işlər naziri Məhəmçəd Cavad Zərif Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla telefonla koronavirus məsələsini müzakirə edib.

APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığında koronavirus epidemiyasının bölgədə və dünyada yayılması və ölkələrin bu virusla mübarizədə birgə əməkdaşlığı və yaxından əməkdaşlığının zəruriliyindən danışıblar.

Telefon danışığında İranın XİN başçısı Azərbaycan dövləti və xalqına İrana göstərdikləri yardımlara görə təşəkkür edib.

Sonda İran XİN başçısı bu ağır günlərin geridə qalacağına ümid etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR