İranda 10 gün bayram şənlikləri keçiriləcək

İranda 10 gün bayram şənlikləri keçiriləcək
# 31 yanvar 2021 13:53 (UTC +04:00)

Bu gün 12 Bəhmən 1357-ci il (1 fevral, 1979-cu il) İran İslam İnqilabının banisi və mərhum İmam Xomeyni 15 il Türkiyə, İraq və Fransada sürgün həyatı yaşadıqdan sonra vətənə döndüyü günün 42-ci il dönümüdür.

APA-nın Tehran bürosunun məlumatına görə, bu münasibətlə İranın hər bir yanında bayram şənlikləri təşkil olunur və bir sıra mərasimlər keçirilir. Tədbirlər 10 gün davam edəcək.

Bu gün də İmam Xomeyninin Mehrabad hava limanından Behişt Zəhraya getdiyi yollar güllə bəzədilib, kilsələrdə, sinaqoqlarda və digər dini məkanlarda zənglər səsləndirilib, gəmilər və qatarlar siqnallar verib. Koronavirus pandemiyası səbəbindən “fəcr ongünlüyü” proqramlarında dəyişiklik edilib. Belə ki, proqramların çoxu onlayn formatda keçiriləcək. Şəhid ailələri ilə görüşmək, sosial şəbəkələrdə Fəcr ongünlüyünə dair daha aktiv mədəni proqramların təşkili və s. proqramlar nəzərdə tutulur.

Qeyd edək ki, bu gün Tehranda İmam Xomeynini tarixdə görünməmiş izdiham qarşılayıb. Tehranın Mehrabad hava limanında qısa çıxışdan sonra İslam İnqilabının şəhidlərini ziyarət etmək üçün Behişte-Zəhra qəbiristanlığına gedib, xalq qarşısında günün məsələlərindən danışıb. İmam Xomeyni İrana qayıdandan 10 gün sonra, 22 Bəhməndə (11 fevral, 1979-cu il) İranda əzəmətli İslam İnqilabı qəti qələbə çalıb.

İmam Xomeyninin (r) İrana döndüyü 12 Bəhməndən inqilabının qələbə çaldığı 22 Bəhmənə qədər İslam İnqilabının "Fəcr dekadası" (Fəcr Ongünlüyü) adlandırılır.

Qeyd: Bu il 12 Bəhmən 31 Dekabra təsadüf etdiyindən tədbirlər bu gündən başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR