İranda 10 minə yaxın tibb işçisi koronavirusa yoluxub

İranda 10 minə yaxın tibb işçisi koronavirusa yoluxub
# 21 may 2020 14:00 (UTC +04:00)

İranda yeni növ koronavirusa (COVID-19) yoluxan tibb işçilərinin sayı açıqlanıb.

APA-nın ILNA agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İran Səhiyyə nazirinin müavini Qasım Can Babayi bildirib, ölkədə indiyə qədər 10 minə yaxın tibb işçisi koronavirusa yoluxub.

O qeyd edib ki, xəstəliyə yoluxan tibb işçilərinin bəziləri vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR