İranda 67 şəhərə gediş-gəliş qadağan olunub

İranda 67 şəhərə gediş-gəliş qadağan olunub
# 27 mart 2021 17:28 (UTC +04:00)

İranda koronavirusa yoluxma halları artdığı üçün 67 şəhərə gediş-gəliş qadağan olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, İranən Koronavirusla Mübarizə Qərargahının sözçüsü Əlirza Rəisi deyib ki, bu qərara “qırmızı” və “narıncı” bölgələrin sayı artdığı üçün qəbul edilib: "Ötən gün daha 23 şəhər “qırmızı”, 44 şəhər isə “narıncı” olub. Novruz bayramında səfərlərin artması və karantin qaydalarına riayət olunmaması virusa yoluxma hallarının artmasına səbəb olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR