İranda COVID-19 qurbanları üzrə sutkalıq antirekord yenilənib

İranda COVID-19 qurbanları üzrə sutkalıq antirekord yenilənib
# 08 noyabr 2020 16:55 (UTC +04:00)

İranda sutka ərzində yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı üzrə yeni anti-rekord qeydə alınıb – son bir gündə 450-dən çox insan virusun qurbanı olub.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu İran Səhiyyə Nazirliyinin rəsmi sözçüsü Sima Sadat Lari deyib.

Nazirliyin nümayəndəsi qeyd edib ki, son 24 saat ərzində ölkədə 9 236 nəfər koronavirusa yoluxub (maksimum – 9 450 nəfər olub), 459 nəfər ölüb (əvvəlki maksimum – 440 nəfər olub).

Xatırladaq ki, COVID-19 infeksiyasının İranda aşkarlanmasından bəri (19 fevral) virusa 682 486 nəfər yoluxub, 38 291 nəfər ölüb, 520 329 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR