İranda aprelin 8-dən sonra orta və ali məktəblər açıla bilər

İranda aprelin 8-dən sonra orta və ali məktəblər açıla bilər
  • Clock-gray 13:39
  • calendar-gray 01 Aprel 2020

İranda aprelin 8-dən sonra orta məktəblər, universitetlər və idarələrin fəaliyyəti bərpa oluna bilər. 

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli açıqlama verib. Onun sözlərinə görə, bunun üçün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin protokoluna ehtiyac var.

Ə.R.Fəzli deyib ki, koronavirusla mübarizə ilə əlaqədar məhdudlaşdırıcı plan nəticəsində şəhərlər arasında səfərlər 30%, benzin istehlakı təxminən 55% azalıb.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani də bu gün Nazitlər Kabinetinin iclasında ötən gündən bütün əyalətlərdə virusa yoluxma halının azaldığını bildirib.

Süleyman Fərzəliyev

Digər xəbərlər