İranda casusluqda ittiham olunan 5 nəfər saxlanılıb

İranda casusluqda ittiham olunan 5 nəfər saxlanılıb
# 11 avqust 2020 13:07 (UTC +04:00)

“İranda casusluqda ittiham olunan daha 5 nəfər saxlanılıb”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, saxlanılan şəxslər İran Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Nüvə Enerjisi Təşkilatında çalışıblar.

Q. İsmaili qeyd edib ki, bundan öncə saxlanılan 2 casus haqqında hökm çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR