İranda koronavirusa yoluxan daha 117 nəfər ölüb

İranda koronavirusa yoluxan daha 117 nəfər ölüb
# 12 aprel 2020 14:09 (UTC +04:00)

İranda yeni tip koronavirusa (Covid-19) yoluxanların sayı 71 min 686 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Ölkədə son sutka ərzində koronavirusa yoluxan 117 nəfər vəfat edib. Bununla da bu günədək koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 4 min 474-ə çatıb.

Son sutka ərzində ölkə ərazisində 1657 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək İranda (Covid-19) virusuna yoluxmuş 43 min 894 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan 3 min 930 nəfərin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR