ABŞ ordusu Ukraynanın “Skyeton” şirkətinin ABŞ-dakı bölməsi ilə 10,64 milyon dollar dəyərində “Raybird” kəşfiyyat pilotsuz uçuş aparatlarının (PUA) tədarükünə dair müqavilə imzalayıb.
APA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Sifarişin 2026-cı il dekabrın 15-dək yerinə yetirilməsi planlaşdırılır. İşlərin icra olunacağı yer və maliyyələşmə hər bir sifariş üzrə ayrıca müəyyənləşdiriləcək.
ABŞ ordusu hazırda alınacaq PUA-ların sayını, onların hansı bölməyə veriləcəyini və hansı sensorlarla təchiz olunacağını açıqlamayıb.