Bank Of Baku

Papuaşvili: Gürcüstan üçün Abxaziya və Tsxinvalisiz Aİ-yə üzvlüyün heç bir dəyəri yoxdur

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

© APA | Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

# 21 sentyabr 2026 11:45 (UTC +04:00)

“Gürcüstan üçün Abxaziya və Tsxinvali bölgəsi olmadan Avropa İttifaqına üzvlüyün heç bir dəyəri yoxdur”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda xaricdən idarə olunan və “Abxaziya və Tsxinvali olmadan Aİ-də Gürcüstan” ideyasını təbliğ edən bir təbliğat kampaniyası aparılır.

“Bu kampaniya Ukraynaya ünvanlanmış bu mesajı əks etdirir: inkişafını sürətləndirmək və Avropa perspektivlərini daha real etmək üçün ölkə ərazi güzəştlərinə getməlidir. Gürcüstan daxilindəki bütün təbliğatçılar və bu təbliğatı xaricdən sifariş edənlər üçün bir daha təkrar edirəm: Abxaziya və Tsxinvali bölgəsi olmadan Avropa İttifaqına üzvlük Gürcüstan üçün heç bir dəyər kəsb etmir. Hər kəs bunu yadda saxlamalıdır", - deyə spiker əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR