İranda ötən sutkada COVID-19-dan 174 nəfər ölüb

İranda ötən sutkada COVID-19-dan 174 nəfər ölüb
# 06 aprel 2021 14:11 (UTC +04:00)

İranda ötən 24 saat ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 174 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, İranda koronavirusdan ölənlərin sayı 60 506 nəfərə çatıb.

S. Sadat Lari deyib ki, İranda ötən sutka ərzində 17 430 nəfər koronavirusa yoluxub və beləliklə koronavirusa yoluxanların sayı 1 963 394 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR