İranda “quş qripi” aşkarlanıb

İranda “quş qripi” aşkarlanıb
# 08 dekabr 2020 17:30 (UTC +04:00)

İranın şimalında Mazandaran vilayətinin Feridonkenar su-bataqlıq ərazisində qu quşlarında yüksək patogenli “quş qripi” aşkarlanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Mazandaran vilayətinin Ətraf Mühitə Nəzarət İdarəsinin direktoru Kuruş Rəbii deyib.

O bildirib ki, 5 dekabrda su-bataqlıq ərazisində ölən qu quşunun analiz nəticələri ötən gün pozitiv çıxıb. Ötən gün su-bataqlıq ərazisində daha 2 qu quşunun ölüsü tapılıb.

Direktor əlavə edib ki, bununla əlaqədar Mazandaran vilayətində istənilən çöl quşlarının ovlanması və satışı qadağan edilib.

Qeyd edək ki, İranın Mazandaran vilayəti Xəzər dənizi sahilində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR