İranda son sutkada 109 nəfər koronavirusdan ölüb

İranda son sutkada 109 nəfər koronavirusdan  ölüb
# 31 avqust 2020 14:10 (UTC +04:00)

İranda son sutka ərzində 109 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da, İranda koronavirusdan ölənlərin sayı 21571 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 1 642 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 375 212 nəfərə çatıb.

İranda indiyədək 323 233 nəfər koronavirusdan sağalıb.

Hazırda virus daşıyıcısı olan 3 729 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR