İranda son sutkada 63 nəfər koronavirusdan ölüb

İranda son sutkada 63 nəfər koronavirusdan ölüb
# 28 may 2020 14:06 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 63 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 7627 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2258 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 143849 nəfərdir.

İndiyədək xəstəlikdən 112988 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 2543 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR