İranda son sutkada koronavirusdan 213 nəfər vəfat edib

İranda son sutkada koronavirusdan 213 nəfər vəfat edib
# 16 dekabr 2020 14:44 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 213 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 52883 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 7603 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 1131077 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 844430 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 5678 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR