İranda son sutkada koronavirusdan 256 nəfər ölüb

İranda son sutkada koronavirusdan 256 nəfər ölüb
# 15 oktyabr 2020 15:11 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 256 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da İranda bu günədək koronavirusdan ölənlərin sayı 29 605 nəfərə çatıb.

Son sutka ərzində İranda 4 616 nəfər koronavirusa yoluxub və indiyə qədər infeksiyaya yoluxanların ümumi sayı 517 835 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 418 054 nəfərdir, 4 671 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR